Yuxarı
    Bağlamaq

    Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyasının İdarə Heyəti yenidən formalaşdırılıb

    Bu gün qurumun ümumi illik yığıncağı keçirilib

    Bakı. 30 sentyabr. REPORT.AZ/ Bu gün Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyasının (AFBİA) ümumi illik yığıncağı keçirilib.

    "Report"un əldə etdiyi məlumata görə, yığıncaqda qurumun İdarə Heyəti (İH) yenidən formalaşdırılıb.

    İndiyə qədər İH-də təmsil olunan "Standard Capital" və "Çelsi Kapital" MMC-lərin fond bazarını tərk etdikləri nəzərə alınaraq bu şirkətlər AFBİA-nın rəhbərliyindən kənarlaşdırılıb. Onların əvəzində "Azfinance İnvestisiya Şirkəti" QSC İH-yə daxil edilib. "Azfinance"ı AFBİA-da şirkətin direktor müavini, vaxtı ilə "Çelsi Kapital"ın direktoru vəzifəsində çalışmış İntiqam Səfərəliyev təmsil edəcək.

    Yığıncaqca Assosiasiyaya yenidən "İnvest-Az İnvestisiya Şirkəti" QSC-nin direktor müavini Ceyhun İbrahimovun rəhbərlik etməsi qərara alınıb. Bununla yanaşı, "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC, "Bakı Fond Birjası" QSC və Milli Depozit Mərkəzinin nümayəndələri də əvvəlki qaydada İH-də təmsil olunacaqlar.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi