Yuxarı
    Bağlamaq

    ​Azərbaycan əhalisi ötən il istehlak xərclərini adambaşı 11% artırıb

    Əhali keçən il xərclərinin 19%-ni geyimə sərf edib

    Bakı. 22 yanvar. REPORT.AZ/ Azərbaycanda 2014-cü ildə ölkənin hər bir sakini ticarət şəbəkəsindən orta hesabla 2 336,8 manatlıq və ya 2013-cü illə müqayisədə 222,5 manat və ya 10,5% çox müxtəlif istehlak malları alıb.

    "Report"un Dövlət Statistika Komitəsindən aldığı məlumata əsasən, hesabat ilində əhaliyə satılan istehlak mallarının ümumi həcmi 10,0% artaraq 22,0 mlrd. manat olub, pullu xidmətlərin həcmi isə 7,2% artaraq 7,0 mlrd. manata çatıb.

    İstehlak bazarından alınmış məhsulların 50,1%-ni ərzaq məhsulları, 49,9 %-ni qeyri-ərzaq malları təşkil edib. Ərzaq məhsullarının satışı illik müqayisədə 3,9%, qeyri-ərzaq mallarının satışı isə 16,2% artıb.

    İstehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədiyi vəsaitin 48,4%-i qida məhsulları və içkilər, 18,7%-i toxuculuq malları, geyim və ayaqqabı, 7,1%-i avtomobil yanacağı, 4,7%-i elektrik malları və mebel, 1,7%-i tütün məmulatları, 1,4%-i əczaçılıq və tibb mallar, 0,6%-i kompyuterlər, telekommunikasiya avadanlıqları və digər məmulatlar, 17,4%-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi