Bakı. 26 oktyabr. REPORT.AZ/ Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Azərbaycan üçün ayırdığı vəsaitlərin həcmi 13 mln. avro yaxud 0,52% artaraq 2 525 mln. avroya yüksəlib. “Report”un məlumatına görə, Bankın Azərbaycanda maliyyələşdirdiyi layihələrin sayı isə 159-dan 160-a çatıb.
Hazırda EBRD Azərbaycanda 57 aktiv portfelə malik layihəni maliyyələşdirir.
Məlumata görə, hazırda Azərbaycanın Banka ödəmələrinin həcmi də 4 mln. avro yaxud 0,23% azalaraq 1 773 mln. avroya düşüb.
EBRD-nin Azərbaycandakı əməliyyat aktivləri isə 594 mln. avro civarındadır.