Yuxarı

Azərbaycan EBRD Direktorlar Şurasının iclasında iştirak edir

Tbilisidə keçirilən toplantı iki gün davam edəcək

Bakı. 14 may. REPORT.AZ/ Bu gün Tbilisidə (Gürcüstan) Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Direktorlar Şurasının 24-cü illik toplantısı işə başlayıb. Tədbirdə Azərbaycanı EBRD-nin Direktorlar Şurasında ölkəmiz tərəfindən direktor, iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

"Report"un İqtisadiyyat və Sənaye Nazirliyinə istinadən verdiyi xəbərə görə, tədbirdə Bankın əməkdaşlıq etdiyi ölkələrin iqtisadiyyat, maliyyə və ticarət nazirləri, sahibkarlar, beynəlxalq maliyyə qurumlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edirlər.

İllik toplantıda EBRD-nin növbəti illər üzrə strateji fəaliyyəti və investisiya qoyuluşu məsələləri müzakirə ediləcək.

Bankın Direktorlar Şurasının toplantısı iki gün davam edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi