​Azərbaycan Dövlət Neft Fondunun yeni inzibati binasını sığortayacaq şirkət məlum olub

​Azərbaycan Dövlət Neft Fondunun yeni inzibati binasını sığortayacaq şirkət məlum olub "AtaSığorta" şirkəti Dövlət Neft Fondunun keçirdiyi tenderdə qalib qəlib
Maliyyə
7 Yanvar , 2015 10:49
​Azərbaycan Dövlət Neft Fondunun yeni inzibati binasını sığortayacaq şirkət məlum olub

Bakı. 7 yanvar. REPORT.AZ/ "AtaSığorta" ASC Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) yeni inzibati binasının sığortalanması üzrə açıq tenderin qalibi elan edilib.

"Report"un şirkətə istinadən verdiyi xəbərə görə, bu tender lotlar - inzibati binanın icbari sığortalanması, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası və Neft Fondunun əmlakının könüllü sığortalanması üzrə keçirilib.

Qeyd edək ki, 2014-cü il dekabrın 29-da rəsmən açılan Fondun yeni inzibati binası Bakı şəhərinin Heydər Əliyev prospektində yerləşir.

Binanın hündürlüyü 140 metrdir, 24 mərtəbəlidir, interyerin dizaynı Azərbaycanın 9 xalçaçılıq məktəbinin elementləri daxil olan üslubda yerinə yetirilib. Binanın bütün otaqları yüksək texnologiyaların ən son nailiyyətlərinə əsaslanan avadanlıqla təchiz olunub. Burada bütün texnoloji proseslər, təhlükəsizlik məsələləri, informasiya texnologiyaları, ventilyasiya və ekoloji məsələlər mərkəzləşdirilib. Ofis "yaşıl bina"nın ən müasir tələblərinə cavab verir.

"AtaHolding" Şirkətlər Qrupuna daxil olan "AtaSığorta" 2004-cü ildən sığorta bazarında fəaliyyət göstərir. Şirkət 22 könüllü və 4 icbari sığorta növü üzrə xidmətlər göstərir. İcbari Sığorta Bürosunun təsisçisi və iştirakçısı olan "AtaSığorta"nın xidmət şəbəkəsinə 6 filial və 6 nümayəndəlik daxildir.

Son xəbərlər

Orphus sistemi