Yuxarı
    Bağlamaq

    Azərbaycan Dövlət Neft Fondunun gəlirləri 28% artacaq

    2017-ci ildə Fondun gəlirlərinin 10,678 mlrd. manat olacağı gözlənilir

    Bakı. 3 iyul. REPORT.AZ/ Bu il Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) gəlirləri üzrə 27,6% artım nəzərdə tutulub.

    “Report” bu barədə 2017-ci il dövlət büdcəsi haqqında qanunda dəyişikliklər edilməsi barədə layihəyə Palatanın verdiyi rəyinə istinadən xəbər verir.

    Belə ki, 2017-ci ildə fondun gəlirlərinin 2017-ci il təsdiqlənmiş büdcədə nəzərdə tutulan 8 370,6 mln. manatdan 10 677,6 mln. manata çatdırılması gözlənilir.

    Qeyd olunub ki, əsas səbəb kimi neftin dünya bazarlarında qiymətinin cari ilin ilk 5 ayında proqnozlaşdırılan nisbətlə müqayisədə 35%-dək artmasıdır.

    Dövlət Neft Fondunun xərclərinin isə 14 451,3 mln. manatdan 14 459,1 mln. manatadək artacağı proqnozlaşdırılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi