Yuxarı

​Azərbaycan Dövlət Neft Fondunun əsasnaməsində dəyişikliklər edilib

Bununla bağlı dövlət başçısı fәrman imzalayıb

Bakı. 24 dekabr. REPORT.AZ/ Azərbaycan prezidenti İlham Əliyev "Azərbaycan Respublikasının Dövlət Neft Fondu haqqında Əsasnamə"də dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

"Report"un verdiyi xəbərə görə, sənədə əsasən, əsasnamənin 1.5.3-cü bəndinin 8-ci yarımbəndi "Fondun illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə hesabat dövrü başa çatdıqdan sonra növbəti il aprel ayının 30-dan gec olmayaraq Azərbaycan Respublikasının Prezidentinə təqdim edir, habelə internet səhifəsində və dövri mətbu nəşrdə dərc etdirir" redaksiyasında verilib, 2.5.6-cı bənddə isə "illik hesabatını (ona əlavə olunmuş auditor rəyi ilə birlikdə) və balansını" sözləri "fəaliyyəti barədə illik hesabatını" sözləri ilə əvəz edilib.

Həmçinin, Fond "Mühasibat uçotu haqqında" qanuna uyğun olaraq, mühasibat uçotu aparır və illik maliyyə hesabatlarını tərtib edir. Fondun illik maliyyə hesabatları prezidentin təyin etdiyi müstəqil auditor tərəfindən yoxlanılmalı və təsdiq olunmalıdır. Vergi Məcəlləsinə uyğun olaraq, vergi hesabatları və "Rəsmi statistika haqqında" qanuna uyğun olaraq, statistik hesabatları tərtib və təqdim edilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi