Yuxarı

Azərbaycan Dövlət Neft Fondu devalvasiya nəticəsində 3 mlrd. dollara qənaət edib

Şahmar Mövsümov: Fondun büdcəni tam icra etməyə, büdcəyə transferti tam köçürməyə imkanı var

Bakı. 1 may. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Fondu (ARDNF) bu ilin fevral ayında həyata keçirilən milli valyutanın devalvasiyası nəticəsində 3 mlrd. ABŞ dolları həcmində vəsaitə qənaət edib. "Report" xəbər verir ki, bu barədə ARDNF-in icraçı direktoru Şahmar Mövsümov məlumat verib.

"Devalvasiya nəticəsində Neft Fondunun büdcəsinin icrasında sözsüz ki, müsbət dəyişikliklər baş verib. Yəni əgər büdcəyə 10 mlrd. manat vəsait transfert etmək üçün təxminən 13 mlrd. dollar konvertasiya etməli idiksə, artıq devalvasiyadan sonra sadəcə 10 mlrd. dolların transfertinə ehtiyac qalıb. Ona görə də devalvasiya nəticəsinədə 3 mlrd. dollar vəsaitə qənaət etmək imkanı yaranıb. Eyni faiz fərqi neftin əvvəlki 90 dollar və hazırkı 60 dollar qiymətində də olub. Bu gün Fond olaraq büdcəni tam icra etməyə, büdcəyə transferti tam köçürməyə imkanımız var. Ümid edirik ki, Fondun aktivlərinin azalması da yalnız məzənnə fərqi nəticəsində olacaq", - Ş.Mövsümov bildirib.

O, həmçinin qeyd edib ki, ARDNF-in aktivlərindəki azalma məzənnə dəyişikliyinə görə baş verib. 

"Son 4 ildə ciddi məzənnə dəyişikliyi olmayıb və ona görə də indiyədək Fondun fəaliyyətində özünü göstərməyib. Son 6 ayda valyuta dəyişməsi fəaliyyətə təsir göstərib. Fondun portfeli tək dollardan ibarət deyil, müxtəlif valyutalar var", - Ş.Mövsümov əlavə edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi