​Azərbaycan Dövlət Neft Fondu bu gün daha 8 mln. dollar itirib

​Azərbaycan Dövlət Neft Fondu bu gün daha 8 mln. dollar itirib Yuanın devalvasiyası səbəbindən ARDNF iki günə 18 mln. dollar zərər edib
Maliyyə
12 Avqust , 2015 10:51
​Azərbaycan Dövlət Neft Fondu bu gün daha 8 mln. dollar itirib

Bakı. 12 avqust. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Çinin milli valyutası - yuanın devalvasiyasının davam etməsi səbəbindən bu gün daha 8 mln. ABŞ dolları itirib.

"Report" xəbər verir ki, avqustun 12-də Çin Mərkəzi Bankı yuanı daha 1,62% devalvasiya edib. Bu qərardan sonra ARDNF Çin istiqrazlarına 500 mln. dollarlıq yatırımı 8 mln. dollar dəyərdən düşüb. Dünənki devalvasiya da nəzərə alınmaqla, son iki gündə ARDNF-nin zərəri 18 mln. dollara yaxın olub.

Son xəbərlər

Orphus sistemi