Yuxarı
    Bağlamaq

    Azərbaycan dövlət istiqrazlarının indeksi yüksəlib

    Azərbaycan Mərkəzi Bankı və Maliyyə Nazirliyinin dövriyyədə olan istiqrazlarının cari qiymət üzrə həcmi 0,01% artıb

    Bakı. 18 noyabr. REPORT.AZ/ Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) indeksi 0,01% artaraq noyabr ayının 18-nə 2 760,27 təşkil edib. Ortaölçülü qiymət indeksi 95,18 olub. Noyabrın 18-nə dövriyyədə olan istiqrazların cari qiymət üzrə həcmi 0,01% artaraq 133 790 815 manat təşkil edib.

    “Report”un hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBNI (Azerbaijan Central Bank Notes Index) indeksi 0,01% artaraq noyabr ayının 18-nə 199,91 təşkil edib. Ortaölçülü qiymət indeksi 99,95 olub. Noyabrın 18-nə dövriyyədə olan notların cari qiyməti üzrə həcmi 0,01% artaraq 9 995 317 manat təşkil edir.

    Azərbaycan İpoteka Fondu tərəfindən buraxılan istiqrazlar üzrə AMFBI (Azerbaijan Mortgage Fund Bonds Index) indeksi 0,01% yüksəlib və 873,07-yə bərabər olub. Ortaölçülü qiymət indeksi 109,13 təşkil edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi