“Azərbaycan Dəmir Yolları” nizamnamə kapitalını artırır

“Azərbaycan Dəmir Yolları” nizamnamə kapitalını artırır Bakı. 20 noyabr. REPORT.AZ/ “Azərbaycan Dəmir Yolları” QSC nizamnamə kapitalını 79 915 594 manat və yaxud 9,9% artıraraq 885 977 554 manata çatdıracaq.
Maliyyə
20 Noyabr , 2017 12:23
“Azərbaycan Dəmir Yolları” nizamnamə kapitalını artırır
Report

Bakı. 20 noyabr. REPORT.AZ/ “Azərbaycan Dəmir Yolları” QSC nizamnamə kapitalını 79 915 594 manat və yaxud 9,9% artıraraq 885 977 554 manata çatdıracaq.

Bu barədə “Report”a qurumdan bildirilib.

Məlumata görə, kapital artımı Nazirlər Kabinetinin bu il avqustun 10-da qəbul etdiyi qərara əsasən həyata keçiriləcək. Bu məqsədlə dövriyyəyə hər birinin nominal dəyəri 2 manat olan 39 957 797 ədəd yeni, adi səhm buraxılacaq.

Səhm emissiyasının anderrayteri hələ məlum deyil. Səhmdar cəmiyyət noyabrın 22-də “Invest-Az”, “Unicapital” və “Kapital Menecment” investisiya şirkətləri arasında seçim edəcək.

Son xəbərlər

Orphus sistemi