Azərbaycan daha 23 ölkə ilə ikiqat vergitutmanı aradan qaldırmaq niyyətindədir

Azərbaycan daha 23 ölkə ilə ikiqat vergitutmanı aradan qaldırmaq niyyətindədir İndiyədək 53 dövlətlə ikiqat vergitutmanın aradan qaldırılmasına dair saziş imzalanıb
Maliyyə
5 Aprel , 2017 12:23
Azərbaycan daha 23 ölkə ilə ikiqat vergitutmanı aradan qaldırmaq niyyətindədir

Bakı. 5 aprel. REPORT.AZ/ Azərbaycan ikiqat vergitutmanın aradan qaldırılması haqqında indiyədək 53 dövlətlə müvafiq saziş imzalayıb. “Report” xəbər verir ki, bu barədə Vergilər Nazirliyi Beynəlxalq əməkdaşlıq və maliyyə institutlarında vergi monitorinqi Departamentinin baş direktoru Zaur Fətizadənin məqaləsində qeyd edilib.

Nazirlik rəsmisinin sözlərinə görə, onlardan 49-u artıq qüvvəyə minib və tətbiq edilir.

“Bu sazişlər ölkəmizin bütün əsas iqtisadi və ticarət tərəfdaşlarını, o cümlədən Azərbaycanda əhəmiyyətli investisiyalara malik olan dövlətləri əhatə edir. Bundan əlavə, 5 dövlət - Sinqapur, İrlandiya, Slovakiya, Malayziya və Mərakeşlə müvafiq sazişlər imzalanmaya hazırdır, 8 dövlət - Albaniya, Qırğızıstan, Banqladeş, Hindistan, Suriya, Türkmənistan, Portuqaliya və Oman ilə müzakirələr davam etdirilir, 10-dan artıq dövlətə isə saziş layihəsi təqdim edilib və danışıqların başlanması gözlənilir", - deyə Nazirlik rəsmisi qeyd edib.

Son xəbərlər

Orphus sistemi