Bakı. 1 may. REPORT.AZ/ Çinin səhm bazarına çıxış əldə etmək üçün Azərbaycanla Çin arasında müvafiq müqavilənin imzalanması nəzərdə tutulub. "Report" xəbər verir ki, bunu Azərbaycan
O bildirib ki, Dövlət Neft Fondu tərəfindən Çin yuanına 500 mln. ABŞ dolları həcmində investisiyanın yatırılmasına dair daha bir müqavilə isə artıq imzalanıb. Bu vəsaitin Çinin dövlət istiqrazlarına yatırılması nəzərdə tutulub. Hazırda alınacaq qiymətli kağızlarla bağlı seçim aparılır və yaxın bir ay ərzində bu barədə məlumat veriləcək.
"Birinci mərhələdə istiqrazlara, ikinci mərhələdə səhmlərə investisiya planlaşdırırıq. Səhm bazarına çıxış əldə etmək üçün bu ay ərzində Azərbaycan və Çin hökumətləri arasında müqavilə imzalanmalıdır", - Ş.Mövsümov bildirib.
ARDNF rəhbəri qeyd edib ki, hazırda beynəlxalq maliyyə bazarlarında vəziyyət gərgindir: "Biz daim öz investisiya strategiyamıza baxırıq. Ola bilsin ki, növbəti ildə investisiya strategiyamızda müəyyən dəyişiklik edilsin. Biz qısamüddətli aktivlərə üstünlük veririk. Çünki uzunmüddətli aktivlərdə risklər böyükdür və gəlirlilik həmin riskləri götürməyə əsas vermir".