Azərbaycan büdcədən ayrılan tələbə təqaüdləri üzrə xərci artırıb

Azərbaycan büdcədən ayrılan tələbə təqaüdləri üzrə xərci artırıb Bakı. 1 dekabr. REPORT.AZ/ Azərbaycanın 2018-ci il dövlət büdcəsinin təhsil bölməsində Təhsil Nazirliyinin sair xərclər maddəsi üzrə xərclərin 46 mln. manatının təyinatı dəyişdirilərək tələbələrə verilən təqaüd xərc maddəsinə yönəldilib.
Maliyyə
1 Dekabr , 2017 17:19
Azərbaycan büdcədən ayrılan tələbə təqaüdləri üzrə xərci artırıb

Bakı. 1 dekabr. REPORT.AZ/ Azərbaycanın 2018-ci il dövlət büdcəsinin təhsil bölməsində Təhsil Nazirliyinin "sair xərclər" maddəsi üzrə xərclərin 46 mln. manatının təyinatı dəyişdirilərək "tələbələrə verilən təqaüd" xərc maddəsinə yönəldilib.

"Repor"un verdiyi xəbərə görə, bu barədə maliyyə naziri Samir Şərifov məlumat verib.

"2018-ci il üçün həmin maddə üzrə xərclər 70 mln. manata çatdırlacaq ki, bu, cari illə müqayisədə 11,3 mln. manat və ya 19,3% çoxdur. Bu da büdcənin müzakirəsi zamanı tələbələrə verilən təqaüdlərlə bağlı səsləndirilən anlaşılmazlıqları tam aradan qaldırır", - deyə S.Şərifov əlavə edib.

Son xəbərlər

Orphus sistemi