Yuxarı

Azərbaycan bu il dövlət ipoteka kreditləşməsini 14% artırıb

Dövlət ipoteka kreditlərinin sayı isə ilin əvvəlindən 13% artıb

Bakı. 7 dekabr. REPORT.AZ/ Azərbaycanda indiyədək dövlət ipoteka proqramı çərçivəsində 17 843 ailəyə ümumilikdə 723,784 mln. manat həcmində ipoteka krediti verilib. "Report"un Azərbaycan İpoteka Fonduna (AİF) istinadən verdiyi xəbərə görə, nəticədə, dövlət ipoteka kreditləşməsinin həcmi ilin əvvəlindən 14,4% artıb.

Bildirək ki, AİF xətti ilə müvəkkil banklar tərəfindən verilən ipoteka kreditlərinin həcmi cari ilin əvvəlində 632,466 mln. manata, ipoteka kreditlərinin sayı isə 15 829-a çatıb (artım - 12,7%).

Bildirək ki, Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsinə 2006-cı ildə başlanılıb. Hazırda adi ipoteka krediti ilkin ödəniş 20% olmaqla, illik 8% dərəcəsi ilə maksimum 25 il müddətinə verilir. Maksimal məbləğ 50 min manat təşkil edir. Güzəştli (sosial) ipoteka üçün isə ilkin ödəniş 15%, illik faiz dərəcəsi 4%-dir. Bu kreditlər üçün maksimal müddət 30 il təşkil edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi