Yuxarı

Azərbaycan bu il avrobond buraxmayacaq

Lakin 2016-cı ildə avrobondların emissiyası həyata keçirilə bilər

Bakı. 20 aprel. REPORT.AZ/ Azərbaycan Maliyyə Nazirliyi tərəfindən avrobondların buraxılması məsələsi daim gündəmdədir. "Report"un verdiyi xəbərə görə, bu barədə maliyyə naziri Samir Şərifov məlumat verib: "Lakin bu il ərzində gözlənilmir. Ola bilsin ki, gələn il mümkün olsun".

"Ola bilsin ki, 2016-cı ildə belə bir qərar olarsa, avroda buraxılışımız olsun. Bunun həcminin isə 0,5 mlrd. olacağı gözlənilir. Həcm bazarın tələbatından asılıdır. dollarda buraxanda bir neçə il hazırlaşırdıq, yalnız yarım milyard buraxmaq istəyirdik. Buraxılışın likdvidliyi olmalıdır ki, alınıb satılsın. Ona görə də məsləhətçilərlə qərar gəldik ki, 1 mlrd. dollardan aşağı olmasın. Avroda borc bazarı dollar bazarından daha dar bazardır. Ola bilsin ki, yarım milyarddan az olsun. Hazırkı bazar konyunkturası əlverişli deyil. Biz məcburi qaydada borc almırıq. Ona görə də bazara daha uyğun vaxtda çıxacağıq", - nazir bildirib.

S.Şərifov həmçinin Azərbaycan Beynəlxalq Bankının özəlləşdirilməsi məsləsinə də toxunaraq qeyd edib ki, bu məsələ də gündəmdədir: "Dövlət özünə məxsus aktivlərin özəlləşdirilməsinə daim hazır olmalıdır. Hökumət eyni mövqedədir. Müəyyən proqram var və bu istiqamətdə işlər aparılır".

Nazir bununla yanaşı bankın ümumi yığıncağının cari ilin iyulunda keçirilməsinin planlaşdırıldığını deyib. Onun sözlərinə görə, İdarə Heyətinin üzvlərinin səlahiyyət müddəti həmin vaxt bitir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi