Azərbaycan bu il "AÇG" və "Şahdəniz" layihələrindən 5,5 mlrd. dollar qazanıb

Azərbaycan bu il "AÇG" və "Şahdəniz" layihələrindən 5,5 mlrd. dollar qazanıb Hər iki yataqlardan indiyədək ümumi gəlirlər isə 117,8 mlrd. dollara çatıb
Maliyyə
1 Oktyabr , 2015 14:52
Azərbaycan bu il AÇG və Şahdəniz layihələrindən 5,5 mlrd. dollar qazanıb

Bakı. 1 oktyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Fondu (ARDNF) "Azəri-Çıraq-Günəşli" yataqlar bloku və "Şahdəniz" qaz kondensat yatağından bu il əldə edilən gəlirlərini açıqlayıb.

ARDNF-dən "Report"a verilən məlumata görə, bu ilin yanvar-sentyabr aylarında "AÇG" yataqları üzrə Fonda 5 225 mln. ABŞ dolları, "Şahdəniz" yatağından isə

274 mln dollar daxil olub.

Məlumata görə, 2001-ci ildən etibarən "AÇG" yatağı üzrə əldə olunan ümumi gəlirlər 115,376 mlrd. dollar, "Şahdəniz" yatağından isə 2007-ci ildən etibarən 2,394 mlrd. dollar təşkil edib.

Son xəbərlər

Orphus sistemi