Azərbaycan BOKT-u manatla yerləşdirəcəyi istiqrazlara illik 18% gəlirlilik vəd edir

Azərbaycan BOKT-u manatla yerləşdirəcəyi istiqrazlara illik 18% gəlirlilik vəd edir Bakı. 19 sentyabr. REPORT.AZ/ ) “Azərbaycan Mikro-Kredit” MMC bank olmayan kredit təşkilatının (BOKT) manatla yerləşdirəcəyi istiqrazların illik gə...
Maliyyə
19 Sentyabr , 2017 12:22
Azərbaycan BOKT-u manatla yerləşdirəcəyi istiqrazlara illik 18% gəlirlilik vəd edir

Bakı. 19 sentyabr. REPORT.AZ/ ) “Azərbaycan Mikro-Kredit” MMC bank olmayan kredit təşkilatının (BOKT) manatla yerləşdirəcəyi istiqrazların illik gəlirliliyi 18% təşkil edəcək.

Bunu “Report”a BOKT-dan deyiblər.

Məlumata görə, qiymətli kağızlara görə faizlər aylıq ödəniləcək.

Qeyd edək ki, Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) “Azərbaycan Mikro-Kredit”in istiqraz emissiyasını artıq dövlət qeydiyyatına alıb. Emissiya hər birinin nominal dəyəri 1 000 manat olan 400 ədəd istiqrazın dövriyyəyə buraxılmasını nəzərdə tutur. Qiymətli kağızlar qapalı üsulla Bakı Fond Birjasında yerləşdiriləcək.

Xatırladaq ki, “Azərbaycan Mikro-Kredit” 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 1,137 mln. manatdır. BOKT-un təsisçisi Fuad Vaqif oğlu Şıxəliyevdir.

Son xəbərlər

Orphus sistemi