Azərbaycan BOKT-u istiqrazlarına 10,5% illik gəlirlilik vəd edir

Azərbaycan BOKT-u istiqrazlarına 10,5% illik gəlirlilik vəd edir Bakı. 5 oktyabr. REPORT.AZ/ Oktyabrın 8-də Bakı Fond Birjasında (BFB) “Embafinans” MMC bank olmayan kredit təşkilatının (BOKT) istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
Maliyyə
5 Oktyabr , 2018 17:10
Azərbaycan BOKT-u istiqrazlarına 10,5% illik gəlirlilik vəd edir

Bakı. 5 oktyabr. REPORT.AZ/ Oktyabrın 8-də Bakı Fond Birjasında (BFB) “Embafinans” MMC bank olmayan kredit təşkilatının (BOKT) istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

“Report” BFB-yə istinadən xəbər verir ki, hərraca hər birinin nominal dəyəri 1 000 manat olan 2 min ədəd faizli, təminatsız, sənədsiz adlı istiqraz çıxarılacaq.

Qiymətli kağızlar 1 il müddətində tədavüldə olacaq. Onların ticarəti birqiymətli hərrac üsulu ilə təşkil olunacaq.

İstiqrazların illik gəlirliliyi 10,5%-dir. Faizlər ayda 1 dəfə ödəniləcək. 

Son xəbərlər

Orphus sistemi