Azərbaycan beynəlxalq maliyyə institutundakı direktorunu dəyişib - EKSKLÜZİV

Azərbaycan beynəlxalq maliyyə institutundakı direktorunu dəyişib - EKSKLÜZİV Asiya İnfrastruktur İnvestisiya Bankına Azərbaycan üzrə yeni alternativ direktor təyin edilib
Maliyyə
27 İyun , 2018 12:00
Azərbaycan beynəlxalq maliyyə institutundakı direktorunu dəyişib - EKSKLÜZİV
0 : 00
0 : 00

Bakı. 27 iyun. REPORT.AZ/ Asiya İnfrastruktur İnvestisiya Bankına (AIIB) Azərbaycan üzrə yeni alternativ direktor təyin edilib.

“Report” xəbər verir ki, bu, Toğrul Quliyevdir. 

O, Azərbaycanla yanaşı, Bruney, Gürcüstan, Qırğızıstan, Pakistan və Türkiyə üzrə də eyni vəzifəni icra edəcək.

T.Quliyev azərbaycanlı alternativ direktor Ruslan Rüstəmlinin yerinə təyinat alıb. Hazırda AIIB-də digər alternativ direktor isə Pakistan vətəndaşı Məhəmməd Aslam Çaudaridir (Muhammad Aslam Chaudhary). Bankın region üzrə direktoru isə Türkiyə vətəndaşı Mehmet Alper Baturdır.

T.Quliyev İqtisadiyyat Nazirliyinin Beynəlxalq Təşkilatlarla Əməkdaşlıq Departamentinin direktor müavinidir. Həmin departamentin direktoru isə R.Rüstəmlidir. O, bu il mayın 7-də əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin yerinə “Bərk məişət tullantılarının vahid idarəçiliyi” layihəsinin baş direktoru təyin edilib.

Xatırladaq ki, 2015-ci il iyunun 29-da Pekində (Çin) 57 ölkə AIIB-in yaradılması üçün müqavilə imzalayıb. Azərbaycan tərəfdən bu müqaviləni maliyyə naziri Samir Şərifov imzalayıb. Rəsmi Bakının üzvlüyü 2016-cı il iyunun 24-də ratifikasiya edilib.

Son xəbərlər

Orphus sistemi