Azərbaycan Beynəlxalq Bankı yeni kredit kampaniyasına başlayır

Azərbaycan Beynəlxalq Bankı yeni kredit kampaniyasına başlayır Kampaniya avqustun 1-dən 15-nə qədər keçərlidir
Maliyyə
31 İyul , 2017 11:08
Azərbaycan Beynəlxalq Bankı yeni kredit kampaniyasına başlayır

Bakı. 31 iyul. REPORT.AZ/ "Azərbaycan Beynəlxalq Bankı" ASC (ABB) sabahdan etibarən “Yaşa görə güzəşt” şüarı altında yeni kredit kampaniyasına başlayır. 

“Report” bu barədə banka istinadən xəbər verir.

Məlumata görə, kampaniya çərçivəsində ABB-dən nağd pul krediti əldə edən müştərilər yaşından asılı olaraq həm kreditin ödəniş müddətində, həm də illik faiz dərəcəsində güzəştlər qazanacaqlar. Yəni, müştərilər krediti indi alıb, əsas borcu güzəşt müddətindən sonra ödəməyə başlayacaqlar.

Kampaniya çərçivəsində 18-44 yaş aralığında olan müştərilər üçün ödəniş müddətində 1 ay güzəşt + 1% endirim, 45 və yuxarı yaş qrupuna aid olan müştərilər üçün ödəniş müddətində 2 ay güzəşt + 2% endirim ediləcək.

Kampaniya avqustun 1-dən 15-nə qədər keçərlidir. 

Müxtəlif ehtiyacların qarşılanması üçün nəzərdə tutulmuş nağd pul kreditini ABB-nin maaş və pensiya kartının sahibləri Bankın bütün filiallarından əldə edə bilər. Bunun üçün sadəcə şəxsiyyət vəsiqəsi ilə filiala yaxınlaşmaq kifayətdir. Kreditin illik faiz dərəcəsi 25%-dən başlanır. Kredit rəsmiləşdirilən zaman müştəri Avtoödəmə sisteminə qoşulmaqla aylıq ödənişləri banka gəlmədən rahat bir şəkildə həyata keçirə bilər. 

Son xəbərlər

Orphus sistemi