Yuxarı
    Bağlamaq

    Azərbaycan Beynəlxalq Bankı ötən ili 824 mln. manat zərərlə başa vurub

    Bankın bölüşdürülməmiş zərəri 745 mln. manata yüksəlib

    Bakı. 28 may. REPORT.AZ/ Azərbaycan Beynəlxalq Bankı (ABB) 2015-ci ili 823,6 mln. manat həcmində zərərlə başa vurub. Əvvəlki ili isə Bank 14,363 mln. manat mənfəətlə yekunlaşdırıb.

    "Report"un Banka istinadən verdiyi xəbərə görə, ABB-nin mənfəət vergisindən əvvəlki zərəri - 1 013,955 mln. manat təşkil edib. Əvvəlki ildə ABB-nin vergidən əvvəlki mənfəəti 33,433 mln. manat olub.

    Ötən il ABB-nin faiz gəliri 8,26% azalaraq 606,716 mln. manat təşkil edib. Faiz xərcləri isə 30,77% artaraq 490,065 mln. manata çatıb. Nəticədə Bankın faiz mənfətti 116,651 mln. manat təşkil edib ki, bu da illik müqayisədə 59,3% azalma deməkdir. Dəyərsizləşmə üzrə ehtiyatlardan sonra xalis faiz zərəri - 905,55 mln. manata bərabər olub. Halbuki 2014-cü ildə bu göstərici müsbət 79,076 mln. manat olub.

    Qeyd edək ki, ABB-nin aktivləri illik müqayisədə 48,5% artaraq 2016-cı il yanvarın 1-nə 13 657,275 mln. manata çatıb. Aktivlərin tərkibində müştərilərə verilmiş kreditlərin həcmi 5 635,583 mln. manat təşkil edib. Bu da öz növbəsində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 28,3% azdır.

    Bankın səhmdar kapitalı 8,66% artaraq cari ilin əvvəlinə 641,287 mln. manata çatıb. Bölüşdürülməmiş zərəri 744,75 mln. manat olub. Əvvəlki ilin müvafiq dövründə Bankın bölüşdürülməmiş mənfəəti 65,67 mln. manat təşkil edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi