Azərbaycan Beynəlxalq Bankı nizamnamə kapitalını artırıb

Azərbaycan Beynəlxalq Bankı nizamnamə kapitalını artırıb Bankın kapitalı 1 mlrd. manatı keçib
Maliyyə
24 Yanvar , 2017 15:14
Azərbaycan Beynəlxalq Bankı nizamnamə kapitalını artırıb

Bakı. 24 yanvar. REPORT.AZ/ “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) nizamnamə kapitalının 600 mln. manat və yaxud 93,56% artırılması məqsədi ilə Bankın səhmlərinin emissiyasının yerləşdirilməsi başa çatıb. Bu barədə “Report”a ABB-dən bildirilib.

Məlumata görə, nəticələr haqqında hesabatı ötən gün Maliyyə Bazarlarına Nəzarət Palatası dövlət qeydiyyatına alınıb.

Emissiya hər birinin nominal dəyəri 27 qəpik olan 2 222 222 223 ədəd adi, sənədsiz adlı səhmlə həyata keçirilib. Beləliklə, Bankın səhmlərinin ümumi sayı 4 597 360 178-ə çatıb.

Nizamnamə kapitalının 1 241,287 mln. manata qədər artırılması ABB-nin sağlamlaşdırılması tədbirləri çərçivəsində yerinə yetirilir. Bankın kapitalının gücləndirilməsi istiqamətində atılan addımlardan biri kimi bu qərar aktivlərin artımı ilə kapitalın adekvatlığı arasında nisbəti təmin edəcək.

Regionun maliyyə bazarında 25 ildir ki, mövcud olan ABB-də hazırda yeni idarəedici komandanın rəhbərliyi ilə maliyyə-təşkilati sağlamlaşdırma tədbirləri həyata keçirilir, Azərbaycan Prezidentinin 15 iyul 2015-ci il tarixli müvafiq fərmanında qarşıya qoyulmuş vəzifələr yerinə yetirilir.

Son xəbərlər

Orphus sistemi