Azərbaycan Beynəlxalq Bankı kompüter avadanlığı alacaq

Azərbaycan Beynəlxalq Bankı kompüter avadanlığı alacaq Bank bu məqsədlə açıq tender elan edib
Maliyyə
23 İyun , 2017 11:55
Azərbaycan Beynəlxalq Bankı kompüter avadanlığı alacaq

Bakı. 23 iyun. REPORT.AZ/ “Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) kompüter avadanlığının satın alınması məqsədi ilə açıq tender elan edib.

“Report” Bankın Tender komissiyasına istinadən xəbər verir ki, tenderdə iştirak haqqı 100 manatdır.

İddiaçılar ilkin sənədləri iyulun 21-nə qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank zəmanətini isə iyulun 27-nə qədər ABB-nin Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 67 ünvanında yerləşən baş ofisinə təqdim etməlidirlər. Əlaqələndirici şəxs Emin İbrahimovdur. Telefon: (012) 493-00-91, daxili 2700, 2703.

Təkliflərə iyulun 28-də, saat 11:00-da qeyd olunan ünvanda baxılacaq. Tender prosedurunda iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər. 

Son xəbərlər

Orphus sistemi