​Azərbaycan Beynəlxalq Bankı əməliyyat sistemini modernləşdirir

​Azərbaycan Beynəlxalq Bankı əməliyyat sistemini modernləşdirir Bu sistem dünyanın qabaqcıl maliyyə institutlarında tətbiq edilir
Maliyyə
7 Yanvar , 2016 10:08
​Azərbaycan Beynəlxalq Bankı əməliyyat sistemini modernləşdirir

Bakı. 7 yanvar. REPORT.Az/ Azərbaycan Beynəlxalq Bankı "Oracle FlexCube" platformasının 12-ci versiyasının tətbiqinə başlayıb. Bu yenilikdə məqsəd Bankda istifadə olunan avtomatlaşdırılmış əməliyyat sisteminin modernləşdirilməsidir.

"Report"un Banka istinadən verdiyi xəbərə görə, bu addım Azərbaycan Beynəlxalq Bankında biznes proseslərinin təkmilləşdirilərək Bankın strateji inkişaf xəttinə uyğunlaşdırılmasına imkan yaradacaq. İşin operativliyinin, səmərəliliyinin və keyfiyyətinin artırılmasına, əməliyyatların sürətləndirilməsinə, müştərilərə daha yüksək xidmətin təmin olunmasına kömək göstərəcək.

Bildirək ki, “Oracle FlexCube” bank platformasının bu, sonuncu versiyası dünyanın qabaqcıl maliyyə institutlarında tətbiq edilir.

Son xəbərlər

Orphus sistemi