Azərbaycan Beynəlxalq Bankı dəftərxana ləvazimatları almaq istəyir

Azərbaycan Beynəlxalq Bankı dəftərxana ləvazimatları almaq istəyir Bank bu məqsədlə açıq tender elan edib
Maliyyə
26 May , 2017 09:12
Azərbaycan Beynəlxalq Bankı dəftərxana ləvazimatları almaq istəyir

Bakı. 26 may. REPORT.AZ/ “Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) dəftərxana ləvazimatlarının (ağ kağız, qovluqlar, fayllar, masa- üstü dəstlər, rəflər, qələm, sancaq, qısqaclar, simlər, qeyd kağızları, gel qələmləri və s) satın alınması məqsədi ilə açıq tender elan edib.

“Report” xəbər verir ki, tenderdə iştirak haqqı 100 manatdır.

İddiaçılar ilkin sənədləri iyulun 3-nə qədər, tender təklifi və onun dəyərinin 2%-i qədər bank təminatını isə iyulun 12-nə qədər Bankın Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 67 ünvanında yerləşən baş ofisinə təqdim etməlidirlər. Əlaqələndirici şəxs Emin İbrahimovdur. Telefon: (012) 493-00-91, daxili 2700, 2703.

Təkliflərə iyulun 13-də qeyd olunan ünvanda baxılacaq. 

Son xəbərlər

Orphus sistemi