Azərbaycan Beynəlxalq Bankı bankomatları üçün ehtiyat hissələri almaq istəyir

Azərbaycan Beynəlxalq Bankı bankomatları üçün ehtiyat hissələri almaq istəyir Bank bu məqsədlə tender elan edib
Maliyyə
21 Aprel , 2017 09:00
Azərbaycan Beynəlxalq Bankı bankomatları üçün ehtiyat hissələri almaq istəyir
Report.az

Bakı. 21 aprel. REPORT.AZ/ “Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) mövcud ATM şəbəkəsi üçün ehtiyat hissələrinin satın alınması məqsədi ilə açıq tender elan edib.

“Report” xəbər verir ki, tenderdə iştirak haqqı 100 manatdır.

İddiaçılar ilkin sənədləri mayın 19-na qədər, tender təklifi və onun dəyərinin azı 10%-i qədər bank təminatını isə iyunun 2-nə qədər ABB-nin baş ofisinin yerləşdiyi Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 67 ünvanına təqdim etməlidirlər. Əlaqələndirici şəxs Emin İbrahimovdur (tel.: (012) 493 00 91, daxili 2700, 2703).

Təkliflərə iyunun 9-da qeyd olunan ünvanda baxılacaq. 

Xatırladaq ki, ABB 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 241,687 mln. manatdır. Bankın səhmlərinin 76,73%-i Azərbaycan hökuməti adından çıxış edən Maliyyə Nazirliyinə, 14,56%-i “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatına (BOKT), 8,71%-i isə 12 qeyri-dövlət müəssisəsinə və 1 761 fiziki şəxsə məxsusdur. 

Son xəbərlər

Orphus sistemi