Yuxarı

Azərbaycan Beynəlxalq Bankı kənar auditorun seçilməsi üçün tender elan edib

Tender proseduru cari il mayın 15-də keçiriləcək

Bakı. 30 mart. REPORT.AZ/ “Azərbaycan Beynəlxalq Bankı” ASC, onun və törəmə müəssisələrinin (“Qrupun”) 2015-ci ilin I yarımillik və illik dövrləri üzrə konsolidasiya edilmiş maliyyə hesabatlarının Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun və Beynəlxalq Audit Standartları əsasında auditinin aparılması üçün kənar auditorun seçilməsi məqsədilə açıq tender elan edib.

"Report"un banka istinadən verdiyi xəbərə görə, iddiaçılar tenderdə iştirak haqqı kimi “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin hesabına 500 manat vəsait köçürməlidirlər.

Qrupun 2015-ci ilin I yarım ili üzrə konsolidasiya edilmiş maliyyə hesabatlarının auditi və hesabatların təqdimi 2015-ci ilin 15 sentyabr tarixindək, 2015-ci il üzrə konsolidasiya edilmiş maliyyə hesabatlarının auditi və hesabatların təqdimi 2016-cı ilin 1 aprel tarixindən gec olmayaraq baş tutacaq.

Tender proseduru cari il mayın 15-də saat 15.00-da “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin inzibati binasında keçiriləcək.

Qeyd edək ki, “Qrupa” “Azərbaycan Beynəlxalq Bankı” ASC və onun törəmə müəssisələri olan “Bank “MBA – Moskva” MMC, “ABB – Gürcüstan” SC, “Beynəlxalq Sığorta Şirkəti” ASC və “Azericard” MMC daxildir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi