Yuxarı

​Azərbaycan banklarının mərkəzi filialları 12 gün fasiləsiz işləyəcək

Bu, Formula-1 yarışı ilə əlaqədar Azərbaycana xeyli sayda xarici qonaqların gəlməsi ilə bağlıdır

Bakı. 9 iyun. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) ölkənin kommersiya banklarına müraciət edib.

Bu barədə "Report"a bank dairələrindən bildirilib.

Məlumata görə, müraciətdə banklardan paytaxtın mərkəzində yerləşən filialların iyunun 10-dan 21-dək (istirahət günləri də daxil olmaqla) işləməsinin təmin edilməsi tələb olunur. Həmin günlərdə işləyəcək filialların siyahısını isə banklar müstəqil şəkildə müəyyən etməlidir. Bu filialların iş vaxtı saat 09:00-dan 21:00-dək müəyyən edilib.

Qeyd edək ki, bu qərar iyunun 17-19-da Bakıda "Formula-1" Avropa Qran-Prisinin keçirilməsi ilə əlaqədar Azərbaycana xeyli sayda xarici qonaqların gəlməsi və bank xidmətlərinə, o cümlədən, valyuta mübadiləsi əməliyyatlarına tələbatın gözlənilən artımı ilə bağlıdır.

Məsələ ilə bağlı MBNP-nın sədrinin müşaviri Rüfət Abbasov "Report"a bildirib ki, təmsil etdiyi qurum bununla bağlı sabah açıqlama yayacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi