Azərbaycan banklarının cəmi aktivləri 32 mlrd. manata yaxındır

Azərbaycan banklarının cəmi aktivləri 32 mlrd. manata yaxındır Maliyyə Bazarlarına Nəzarət Palatası Azərbaycanın bank sektorunun icmal göstəricilərini açıqlayıb
Maliyyə
30 Dekabr , 2016 16:41
Azərbaycan banklarının cəmi aktivləri 32 mlrd. manata yaxındır

Bakı. 30 dekabr. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatası Azərbaycanın bank sektorunun 30 noyabr 2016-cı il tarixinə icmal göstəricilərini açıqlayıb. Palatadan “Report”a verilən məlumata görə, yerli 32 bankın cəmi aktivləri 31,869 mrld. manat, cəmi öhdəlikləri 29,579 mlrd. manat, balans kapitalı isə 2,29 mlrd. manat təşkil edib.

Bu banklardan 2-si dövlət bankıdır. Xarici kapitallı bankların sayı 15, o cümlədən xarici bankların yerli filiallarının sayı 2-dir. Azərbaycan banklarının filiallarının sayı 568, söbələrinin sayı 129, bankomatlarının sayı 2 454-dür. Bütövlükdə, bank sektorunun işçi heyəti 17 min nəfərdir.

Maliyyə bazarlarının digər iştirakçıları olan bank olmayan kredit təşkilatlarının (BOKT) sayı 156, o cümlədən kredit ittifaqlarının sayı 109-dur. BOKT-ların işçi heyəti 2882 nəfərdir. 

Son xəbərlər

Orphus sistemi