Yuxarı
    Bağlamaq

    Azərbaycan banklarının cəmi aktivləri 31 mlrd. manatdan çoxdur - YENİLƏNİB

    Maliyyə Bazarlarına Nəzarət Palatası Azərbaycan bank sektorunun icmal göstəricilərini açıqlayıb

    İlk xəbər saat 16:51-də verilib

    Bakı. 3 fevral. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatası Azərbaycanın bank sektorunun 31 dekabr 2016-cı il tarixinə olan icmal göstəricilərini açıqlayıb. 

    Palatadan “Report”a verilən məlumata görə, yerli 32 kommersiya bankının cəmi aktivləri 31 439,5 mln. manat, o cümlədən cəmi öhdəlikləri 29,530,7 mln. manat, balans kapitalı isə 1 908,8 mln. manat təşkil edib. Dekabrda bankların aktivləri 1,35% azalıb. 

    Bu il yanvarın 1-nə bankların kredit portfeli 15 938,3 mln. manat təşkil edib. Bu isə ötən il dekabrın 1-i ilə müqayisədə 1,06% çoxdur.

    2016-cı ilin sonuncu ayında bankların depozit portfeli 2,84% azalaraq 16,41 mlrd. manat, təşkil edib. Portfelin 7 432,1 mln. manatı və yaxud 45,3%-i fiziki şəxslərin depozitləridir. Bunun isə 5 671,1 mln. manatı və yaxud 76,3%-i müddətli, 1 760,9 mln. manatı və yaxud 23,7%-i isə tələbli depozitlərdir. Ay ərzində fiziki şəxslərin depozitlərində 2%, o cümlədən fiziki şəxslərin müddətli depozitlərində 1% azalma qeydə alınıb. 

    Azərbaycandakl banklardan 2-si dövlət bankıdır. Xarici kapitallı bankların sayı 15, o cümlədən xarici bankların yerli filiallarının sayı 2-dir. Azərbaycan banklarının filiallarının sayı 569, söbələrinin sayı 131, bankomatlarının sayı 2 461-dir. Bütövlükdə, bank sektorunun işçi heyəti 16 947 nəfərdir.

    Maliyyə bazarlarının digər iştirakçıları olan bank olmayan kredit təşkilatlarının (BOKT) sayı 144, o cümlədən kredit ittifaqlarının sayı 97-dir. BOKT-ların işçi heyəti 2 657 nəfərdir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi