Yuxarı

Azərbaycan bankları xalis dollar satışını 16% azaldıb

İyulda yenə də əhaliyə satış alış əməliyyatlarını üstələyib

Bakı. 10 sentyabr. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən kommersiya bankları tərəfindən bu ilin iyul ayında nağd xarici valyuta ilə mübadilə əməliyyatları çərçivəsində əhaliyə 97 785 min ABŞ dollarının xalis satışı həyata keçirilib. "Report"un Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi xəbərə görə, iyulda yenə də əhaliyə satış alış əməliyyatlarını üstələyib. 

İyulda xalis satış iyun ayı ilə müqayisədə 15,5% azalma göstərib. İyul ayı ərzində dollar ekvivalentində nağd valyuta alqı-satqısı əməliyyatlarının həcmi 455 430 min dollar təşkil edib. Bu, iyun ayı göstəricisindən 13,77% azdır. İyulda həyata keçirilən alış-satış əməliyyatlarının 276 608 min dolları əhaliyə satış, 178 822 min dolları isə əhalidən alış olub.

Ümumiyyətlə, bu ilin 7 ayında banklar 175 762 min dollar həcmində xalis (yəni, alışla satışın fərqi) nağd ABŞ dolları satıb. Belə ki, yeddi ayda dollar ekvivalentində nağd valyuta alqı-satqısı əməliyyatlarının həcmi 3 775 813 min dollar təşkil edib. Bunun da 1 975 787,4 min dolları əhaliyə satış, 1 800 025 min dolları isə əhalidən alış olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi