Azərbaycan bankları oktyabrda nağd xalis dollar satışını artırıb

Azərbaycan bankları oktyabrda nağd xalis dollar satışını artırıb 2016-cı ilin 10 ayında banklar əhaliyə xalis 376 mln. dollar satıb
Maliyyə
2 Dekabr , 2016 17:26
Azərbaycan bankları oktyabrda nağd xalis dollar satışını artırıb

Bakı. 2 dekabr. REPORT.AZ/ Azərbaycanın kommersiya bankları oktyabr ayında nağd xarici valyuta ilə mübadilə əməliyyatları çərçivəsində əhaliyə xalis 94,54 mln. ABŞ dolları satıb. 

Bu barədə "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir. 

Xatırladaq ki, sentyabr ayında bu rəqəm 65,668 mln. dollar, ötən ilin oktyabr ayında isə 327,995 mln. dollar təşkil edib. Bu ilin 10 ayı üzrə əhaliyə xalis valyuta satışı isə 375,539 mln. dollar olub.

"Report"un analitik qrupu hesab edir ki, bankların nağd xarici valyutanın xalis satıcısı olmasına səbəb Azərbaycan manatının son bir neçə ayda yenidən ABŞ dolları ilə müqayisədə zəifləməsi və neftin ucuzlaşması bağlıdır.

Qeyd edək ki, 2014-cü ilin ikinci yarısında başlayan qlobal iqtisadi böhran AMB-nin valyuta ehtiyatlarının həmin ilin iyul ayındakı tarixi maksimal səviyyədən (15 193,4 mln. dollar) 2016-cı il dekabrın 1-nə 11 182,4 mln. dollar və ya 73,6% azalaraq 4 011 mln. dollara enməsinə səbəb olub.

Son xəbərlər

Orphus sistemi