Yuxarı

Azərbaycan bankları gücləndirilmiş iş rejiminə keçir

​Azərbaycan bankları gücləndirilmiş iş rejiminə keçir

Azərbaycan əhalisinin və xarici turistlərin Novruz bayramı ilə əlaqədar qeyri-iş günləri ərzində bank xidmətlərindən rahat faydalanması üçün 24 bankın 152 filial və şöbəsi bayram günlərindən gücləndirilmiş iş rejimində çalışacaq.

“Report” xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) açıqlamasında bildirilir. 

Məlumatda həmçinin deyilir ki, Palata paytaxtda və əsas turizm bölgələrində yerləşən bankların filial və şöbələrinə gücləndirilmiş iş rejimində çalışmağı tövsiyə edib. Belə ki, 5 bankın Sumqayıt, Xırdalan, Gəncə, Lənkəran, Şəki, Xaçmaz, Quba, Bərdə, Naxçıvan və digər şəhərlərdə yerləşən 46 filial və şöbəsi müştərilərə xidmət göstərəcək. Bakıda yerləşən 8 bankın 13 filial və şöbəsi isə 24/7 rejimində fəaliyyət göstərəcək.

Bundan əlavə, bayram günlərində Palatanın əməkdaşlarından ibarət xüsusi monitorinq qrupu fəaliyyətdə olacaq. Yarana biləcək hər hansı bir problemlə bağlı maliyyə xidmətləri istehlakçıları qaynar xəttə müraciət edə bilərlər:

Koordinator: Azər Quluyev

Telefon: (012) 493-50-58 (daxili:357), (070) 908-62-21

E-poçt: Azar.Guluyev@fimsa.az

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi