Azərbaycan bankları gücləndirilmiş iş rejiminə keçir - FOTO

Azərbaycan bankları gücləndirilmiş iş rejiminə keçir - FOTO Bakı. 29 dekabr. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) tövsiyəsi ilə sabahdan başlayaraq yanvarın 3-nə qədər - bayram günləri ərzində Azərbaycandakı bankların filial və şöbələri gücləndirilmiş iş rejimində çalışacaq.
Maliyyə
29 Dekabr , 2017 16:06
Azərbaycan bankları gücləndirilmiş iş rejiminə keçir - FOTO
Report

Bakı. 29 dekabr. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) tövsiyəsi ilə sabahdan başlayaraq yanvarın 3-nə qədər - bayram günləri ərzində Azərbaycandakı bankların filial və şöbələri gücləndirilmiş iş rejimində çalışacaq.

“Report” xəbər verir ki, bu barədə Palatanın açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, qarşıdakı günlərdə ölkədə səfərdə olan turistlərin, eləcə də vətəndaşlarının valyuta mübadiləsi xidmətlərinə rahat çıxış imkanlarının təmin edilməsi məqsədilə, ümumilikdə, 24 bankın 139 filial və şöbəsi müştərilərə xidmət göstərəcək.

Bayram günlərində Palatanın yaratdığı nəzarət üzrə xüsusi monitorinq qrupu fəaliyyət göstərəcək. İstehlakçılara fasiləsiz xidmət göstərən qaynar xətt - (070) 922-29-99 vasitəsilə hər hansı sual və şikayətlə Palataya müraciət etmək mümkün olacaq. Koordinator Azər Quliyevdir. E-poçt: [email protected]

Valyuta mübadilə əməliyyatlarını gücləndirilmiş iş rejimində həyata keçirən bankların filial və şöbələrinin siyahısı Palatanın rəsmi internet səhifəsində yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi