Azərbaycan bankları bu ilin ilk 7 ayını 217 mln. manat xalis mənfəətlə başa vurub

Azərbaycan bankları bu ilin ilk 7 ayını 217 mln. manat xalis mənfəətlə başa vurub İlin əvvəlindən bankların aktivləri 6% azalıb
Maliyyə
7 Sentyabr , 2017 14:07
Azərbaycan bankları bu ilin ilk 7 ayını 217 mln. manat xalis mənfəətlə başa vurub

Bakı. 7 sentyabr. REPORT.AZ/ Azərbaycan bank sektorunun aktivləri bu il avqustun 1-nə 29 708,5 mln. manat təşkil edib ki, bu da ilin əvvəli ilə müqayisədə 5,5% azdır.

Bu barədə “Report” Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir.

Bankların aktivlərinin 41,7%-ni və yaxud 12 392,9 mln. manatını müştərilərə verilmiş kreditlər təşkil edib. Bu ilin ilk 7 ayında bankların kredit portfeli 22,2% kiçilib.

Yeddi ay ərzində bankların cəmi öhdəlikləri 9% azalaraq 26,872 mlrd. manat, o cümlədən depozit portfeli 0,3% artaraq 16 465,6 mln. manat olub. Bunun 6 834,1 mln. manatını fiziki şəxslərin depozitləri, 9 631,5 mln. manatını isə hüquqi şəxslərin depozitləri təşkil edib. İlin əvvəlindən əhalinin əmanətləri 8% azalıb, şirkətlərin vəsaitləri isə 7,3% artıb.

Yanvar-iyul aylarında bankların Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyi isə 63,6% azalaraq 616,9 mln. manata düşüb.

Hesabat dövründə kredit təşkilatlatının balans kapitalı 48,6% artaraq 2 836,5 mln. manata çatıb.

Yeddi ay ərzində bankların faiz gəlirləri 1 145,6 mln. manat, faiz xərcləri 559,1 mln. manat, qeyri-faiz gəlirləri 497,3 mln. manat, qeyri-faiz xərcləri 553,4 mln. manat təşkil edib. Son nəticədə bank sektorunun xalis əməliyyat mənfəəti 530,4 mln. manat olub.

Banklar aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılmasına 297,3 mln. manat yönəldib, digər mənbələrdən 3 mln. manat gəlir əldə edib, 19,3 mln. manat isə mənfəət vergisi ödəyib. Bununla da Azərbaycanın bank sektoru ilin ilk 7 ayını 216,8 mln. manat xalis mənfəətlə başa vurub.

Son xəbərlər

Orphus sistemi