Yuxarı

Azərbaycan bankları bu ilin I rübündə 1,4 milyard dollarlıq nağd xarici valyuta alıb-satıb

Banklar I rübdə 1,4 milyard dollarlıq nağd xarici valyuta alıb-satıb

Bu ilin I rübündə Azərbaycanın valyuta bazarı özünü tənzimləmə rejimində fəaliyyət göstərib və manatın xarici valyutalara nəzərən məzənnəsi tədiyə balansı üzrə meyllərə uyğun formalaşıb.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının “Pul siyasəti icmalı”nda bildirilir.

Sənəddə həmçinin deyilir ki, ölkənin xarici ticarət dövriyyəsinin artması ilə əlaqədar il ərzində valyuta bazarının hər iki seqmentində - qeyri-nağd və nağd valyuta bazarlarında əməliyyatların artması müşahidə edilib.

Qeyri-nağd valyuta bazarında aparılmış əməliyyatların dəyəri 6,1 milyard ABŞ dolları ekvivalentində olub. Bunun 81,2%-i dollarda, 18,8%-i isə digər valyutalarda aparılıb, 38,4%-i banklararası valyuta bazarında (BVB), 61,6%-i isə bankdaxili valyuta bazarında (BDVB) həyata keçirilib.

BVB-də dollarla aparılan əməliyyatların 54,9%-i bankların valyuta mövqeyinin tənzimlənməsi ilə əlaqədar olub. Valyuta əməliyyatları üzrə dövriyyə əsasən “Bloomberg” platformasında aparılan əməliyyatlar hesabına formalaşıb.

BDVB-də valyuta əməliyyatlarının dəyəri isə 3,8 milyard dollar ekvivalentində olub ki, bunun da 73%-ni dollarla əməliyyatlar təşkil edib. Valyuta əməliyyatlarının 90,8%-ni hüquqi şəxslərlə aparılan valyuta əməliyyatları təşkil edib.

Bankların nağd xarici valyutanın alqı-satqısı üzrə apardığı əməliyyatların dəyəri isə 1,4 milyard dollar ekvivalentində olub. Bunun 1,1 milyard dollarını və yaxud 78,6%-ni dollarla aparılan əməliyyatlar təşkil edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi