Azərbaycan bankları biznes kartlarından nağdlaşdırmanı dayandırır

Azərbaycan bankları biznes kartlarından nağdlaşdırmanı dayandırır Bu addım Maliyyə Bazarlarına Nəzarət Palatasının tövsiyyəsi əsasında atılır
Maliyyə
15 May , 2017 10:26
Azərbaycan bankları biznes kartlarından nağdlaşdırmanı dayandırır

Bakı. 15 may. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən bəzi kommersiya bankları sahibkarlar üçün nəzərdə tutulmuş plastik kartlardan nağdlaşdırmanı dayandırıb.

“Report”un əldə etdiyi məlumata görə, bu addım Maliyyə Bazarlarına Nəzarət Palatasının tövsiyyəsi əsasında atılıb.

Belə ki, bu günlərdə Palatadan banklara zəng edilib və şifahi şəkildə biznes kartlarından nağdlaşdırmanın dayandırılması tövsiyyə olunub. Bu, “Nağdsız hesablaşmalar haqqında” qanunun icrasından irəli gəlir.

Xatırladaq ki, yeni qanunla əlaqədar bir qədər əvvəl iş adamlarının cari hesablarından vəsait çıxarılmasına limit qoyulub.

Son xəbərlər

Orphus sistemi