Azərbaycan bankının səhmdarlarının yığıncağı keçiriləcək

Azərbaycan bankının səhmdarlarının yığıncağı keçiriləcək Bakı. 13 noyabr. REPORT.AZ/ Dekabrın 18-də, saat 11:00-da Bank Respublika ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
Maliyyə
13 Noyabr , 2018 08:57
Azərbaycan bankının səhmdarlarının yığıncağı keçiriləcək

Bakı. 13 noyabr. REPORT.AZ/ Dekabrın 18-də, saat 11:00-da "Bank Respublika" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

“Report” xəbər verir ki, yığıncaq Bankın Bakı şəhəri, Səbail rayonu, Xaqani küçəsi, 21 ünvanında yerləşən baş ofisində olacaq.

Yığıncağın gündəliyinə "Bank Respublika"nın mövcud səhmdarlarının Bankda mühüm iştirak payı əldə etməsi, Bankın nizamnaməsinin yeni redaksiyada təsdiq olunması, eləcə də mükafatlandırma siyasətinin təsdiq edilməsi məsələləri daxildir.

Son xəbərlər

Orphus sistemi