Azərbaycan bankı "Zolotaya Korona" ilə pul köçürmələrini bərpa edib

Azərbaycan bankı "Zolotaya Korona" ilə pul köçürmələrini bərpa edib Bakı. 6 noyabr. REPORT.AZ/ AGBank ASC “Zolotaya Korona” sistemi üzrə təcili pul köçürmələrini bərpa edib.
Maliyyə
6 Noyabr , 2017 15:20
Azərbaycan bankı Zolotaya Korona ilə pul köçürmələrini bərpa edib

Bakı. 6 noyabr. REPORT.AZ/ "AGBank" ASC “Zolotaya Korona” sistemi üzrə təcili pul köçürmələrini bərpa edib.

MDB və digər xarici ölkələri əhatə edən bu sistem vasitəsilə pulköçürmə xidmətləri Bankın bütün filiallarında göstərilir.

"AGBank" ASC müştəriləri üçün bu sistem vasitəsilə MDB və digər xarici ölkələrə 1%-dən başlayan (göndərilən məbləğ və istiqamətdən asılı olaraq) tariflərlə ani məqamda göndərə və ala bilərlər.

“Zolotaya Korona” sistemi ilə pul köçürmək üçün şəxsiyyəti təsdiq edən sənədi təqdim etmək, bank tərəfindən təqdim olunan müvafiq blankı doldurmaq tələb olunur. Daha sonra müştəriyə 9 rəqəmli kod verilir, pulu alan şəxs həmin kodu təqdim edən kimi, köçürməni ala bilər.

Son xəbərlər

Orphus sistemi