Azərbaycan banka girov qoyulmuş əmlakın satılması ilə bağlı beynəlxalq təcrübəni öyrənəcək

Azərbaycan banka girov qoyulmuş əmlakın satılması ilə bağlı beynəlxalq təcrübəni öyrənəcək Bu məsələ ABA ilə MBNP arasında müzakirə obyekti olub
Maliyyə
16 Dekabr , 2016 15:41
Azərbaycan banka girov qoyulmuş əmlakın satılması ilə bağlı beynəlxalq təcrübəni öyrənəcək

Bakı. 16 dekabr. REPORT.AZ/ Azərbaycan Banklar Assosiasiyası (ABA) Hüquqi məsələlər üzrə Ekspert Qrupunun üzvləri Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Hüquq və icraat Departamentinin nümayəndələri ilə görüşüblər. 

“Report” xəbər verir ki, görüşdə məhkəmə qərarlarının icrası mexanizmi və hərrac prosedurlarının sadələşdirilməsi, hərrac qaydalarının təkmilləşdirilməsi, nəticədə girov əmlakının bütün tərəflərin maraqları qorunaraq realizasiyası ilə əlaqədar veriləcək təkliflər müzakirə edilib, bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi qərara alınıb.

Bundan əlavə, banklarda idarəetmə orqanlarının tərkibi, filial və şöbələrin fəaliyyəti, bankların idarəetmə strukturu ilə əlaqədar məsələlər ətrafında fikir mübadiləsi aparılıb, gündəlikdə olan digər hüquqi məsələlər nəzərdən keçirilib.

Son xəbərlər

Orphus sistemi