Azərbaycan bank sektorunun aktivləri 32,4 mlrd. manatdır

Azərbaycan bank sektorunun aktivləri 32,4 mlrd. manatdır Bank sektorunun işçi heyəti 16 928 nəfər təşkil edib
Maliyyə
17 Mart , 2017 18:35
Azərbaycan bank sektorunun aktivləri 32,4 mlrd. manatdır
http://info.shine.com

Bakı. 17 mart. REPORT.AZ/ Bu il fevralın 1-nə Azərbaycanda fəaliyyət göstərən 32 bankın cəmi aktivləri 32 407,1 mln. manat, cəmi öhdəlikləri 30 347,5 mln. manat, balans kapitalı isə 2 059,6 mln. manat təşkil edir.

Bu barədə “Report”a Maliyyə Bazarlarına Nəzarət Palatasından (MBNP) bildirilib.

Məlumata görə, yanvarın sonuna banklarda 7 691,3 mln. manat əmanət olub.

Hesabat dövrünə bankların filiallarının sayı 569, söbələrinin sayı 132, bankomatlarının sayı 2 468-dir. Bank sektorunun işçi heyəti 16 928 nəfər təşkil edib. 

Son xəbərlər

Orphus sistemi