Yuxarı
    Bağlamaq

    Azərbaycanda bank müştərilərinin sayı artıb

    Müştəri hesablarının 21%-i kredit hesablarının payına düşür

    Bakı. 12 iyun. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən bank təşkilatlarının müştərilərinin ümumi sayı illik müqayisədə 17,05% artaraq 2015-ci il mayın 1-nə 5 273,7 min nəfərə çatıb.

    "Report"un Mərkəzi Banka istinadən verdiyi xəbərə görə, müştərilərin 5 168,4 mini və ya 98%-i fiziki, 105,2 mini və ya 2,0%-i hüquqi şəxslərdir. Hesabat dövründə fiziki şəxslərin sayında 17,1%, hüquqi şəxslər üzrə isə 15,89% artım qeydə alınıb.

    Hesabata əsasən, müştəri hesablarının sayı illik 31,6% artaraq mayın 1-nə 14 688,4 minə çatıb. Müştəri hesablarının 11 153,5 mini və ya 75,9%-i cari, 3 115, 5 mini və ya 21,2%-i kredit, 419,5 mini və ya 2,9%-i depozit hesablarıdır. Cari hesablarda illik 32,4%, kredit hesablarında 28,3%, depozit hesablarında isə 35,8% artım müşahidə olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi