Yuxarı

​Azərbaycan avtomobillərin icbari sığorta bazarı noyabrda azalıb

İcbari sığortaya cəlb olunan avtonəqliyyat vasitələrinin sayı 3%, sığorta haqlarının həcmi isə 3,5% azalıb

Bakı. 2 dekabr. REPORT.AZ/ Bu ilin noyabr ayında Azərbaycanda 78 185 avtonəqliyyat vasitəsi icbari sığortaya cəlb olunub. Bu barədə "Report"a İcbari Sığorta Bürosundan (İSB) məlumat verilib.

İcbari sığortaya cəlb olunan avtonəqliyyat vasitələrinin 17,3 minə qədərini xarici ölkədə qeydiyyata alınıb və Azərbaycana tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri təşkil edib. Göstərilən dövrdə bağlanmış icbari sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği 6,1 mln. manatı ötüb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə sığorta müqavilələrinin sayında 2,95%, sığorta haqlarının məbləğində 3,45% azalma müşahidə edilib.

Ümumilikdə, cari ilin yanvar-noyabr ayları ərzində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 858 mindən çox sığorta müqaviləsi bağlanılıb və müqavilələr üzrə toplanılan sığorta haqlarının məbləği 65,2 mln. manat təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə sığorta müqavilələrinin sayında 0,34% artım, sığorta haqlarının məbləğində isə 0,16% azalma müşahidə olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi