Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin işçilərinə ödədiyi əmək haqqı məlum olub

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin işçilərinə ödədiyi əmək haqqı məlum olub 2018-ci ildə Azərbaycan Avtomobil Yolları Döblət Agentliyinin (AYYDA) işçilərinin orta sayı 13 382 nəfər olub.
Maliyyə
10 İyul , 2019 12:11
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin işçilərinə ödədiyi əmək haqqı məlum olub

2018-ci ildə Azərbaycan Avtomobil Yolları Döblət Agentliyinin (AYYDA) işçilərinin orta sayı 13 382 nəfər olub.

“Report”un agentliyə istinadən verdiyi məlumata görə, bu, 2017-ci ililə müqayisədə 153 nəfər və yaxud 1,15% çoxdur.

Ötən il üzrə işçilərə hesablanmış əmək haqqı 59 600 550 manat olub ki, bu da əvvəlki ilə nisbətən 8 742 755 manat və yaxud 17,2% çoxdur.

İşçilərin əmək haqqından 16 010 432 manat Dövlət Sosial Müdafiə Fonduna (DSMF) ayırmalar hesablanıb ki, bu da illik müqayisədə 3 295 984 manat və yaxud 25,9% çoxdur. Ondan 92 088 manat müəssisəyə xərclənib və fondun hesabına 15 756 910 manat köçürülüb. Hesabat ilinin sonuna fond üzrə borc qalığı 993 625 manat olub.

2019-cu ilin əvvəlinə AAYDA-da işçilərə 4 353 101 manat əmək haqqı üzrə borc qalığı qalıb. Bu da ötən ilin əvvəli iilə müqayisədə 629 600 manat və yaxud 16,9% çoxdur. İşçilərin əmək haqqı ştat cədvəlinə əsasən hesablanıb kart vasitəsi ilə ödənilib.

Qeyd edək ki, qanunvericiliyin tələblərinə uyğun olaraq Agentlik işçilərin əmək haqlarindan məcburi sosial sığorta haqları tutur və DSMF-yə köçürür. Bundan əlavə bu tip təqaüd sistemi işəgötürən tərəfindən işçilərin əmək haqqı fondunun müəyyən faizi kimi DSMF-yə məcburi sosial sığorta haqları ayırmlarını nəzərdə tutur. Təqaüdə çıxdıqda təqaüdlə bağlı bütün ödənişlər Fond tərəfindən yerinə yetirilir. Müəssisə Fondun qaydalarından əlavə ümumi əmək haqqı ödənişlərinin faizi kimi hesablanmış işçilər tərəfindən cari yardımları tələb edən pensiya ilə bağlı hər hansı, fərdi qadalara malik deyil. Bundan başqa, Agentlikdə hesablanması tələb olunan pensiya müavinətləri və ya kompensasiya edilən digər mühüm müavinətlər mövcud deyil.

Son xəbərlər

Orphus sistemi