Azərbaycan Avropada mədəni istirahətə ən çox pul xərclənən 34-cü ölkədir

Azərbaycan Avropada mədəni istirahətə ən çox pul xərclənən 34-cü ölkədir Siyahıda I yerdə İsveç qərarlaşıb
Maliyyə
15 Aprel , 2017 16:41
Azərbaycan Avropada mədəni istirahətə ən çox pul xərclənən 34-cü ölkədir

Bakı. 15 aprel. REPORT.AZ/ Əhalinin xərclərində mədəni istirahətin payına görə Avropa ölkələrinin reytinqi açıqlanıb. 

"Report" xəbər verir ki, reytinq cədvəlini "RIA Rating" agentliyi hazırlayıb. 

Siyahıda I yerdə İsveç qərarlaşıb. Bu ölkənin vətəndaşlarının büdcəsində mədəni istirahət 18,7%-lik paya malikdir. Qeyd edək ki, İsveç adambaşına düşən 48,2 min ABŞ dolları məbləğində milli gəlirlə Avropada 6-cı yerdədir. 

Reytinq cədvəlində II yeri 13%-lik göstərici ilə Böyük Britaniya tutub. Bu ölkədə adambaşına milli gəlir 41,5 min dollardır.  

İlk 3-lüyü 11,5%-lik göstərici ilə Avstriya tamamlayıb. Bu ölkədə adambaşına milli gəlir 47 min dollardır. 

Əhalisinin büdcəsində mədəni istirahətin payı ən az olan ölkələr isə Moldova (1,4%), Ukrayna (1,8%) və Mekedoniyadır (2,5%). Bu ölkələrdə adambaşına düşən milli gəlir müvafiq olaraq 5, 8 və 14 min dollardır. 

Azərbaycan bu siyahıda yer almasa da "Report"un analitik qrupu rəsmi statistik məlumatlar əsasında ölkəmizin yerini müəyyən edib. Azərbaycanda əhalinin mədəni istirahətə çəkdiyi xərcin məcmu xərclərdə payı təxminən 4,5%-dir. Bu göstərici əsasında Azərbaycan həmin reytinq cədvəlində 34-cü yerdə (Yunanıstandan sonra) qərarlaşmalıdır. Bu arada onu da qeyd edək ki, Azərbaycanda adambaşına düşən milli gəlir 5-6 min dollar civarındadır. 





Ölkənin adı

Əhalinin
xərclərində

mədəni
istirahətin

payı
Adambaşına
düşən
milli

gəlir

(ABŞ dolları ilə)

1 İsveç 18,7% 48 200
2 Böyük Britaniya 13,0% 41 500
3 Avstriya 11,5% 47 000
4 İslandiya 11,3% 45 700
5 Estoniya 11,0% 28 600
6 İsveçrə 11,0% 58 600
7 Niderland 10,5% 49 600
8 Almaniya 10,4% 47 000
9 Finlandiya 10,2% 41 100
10 Norveç 10,0% 68 600
11 Danimarka 9,7% 45 700
12 Çexiya 9,4% 32 100
13 İrlandiya 8,9% 65 800
14 Sloveniya 8,8% 30 900
15 Malta 8,5% 36 000
16 Fransa 8,4% 41 500
17 Belçika 8,2% 44 100
18 Latviya 7,9% 24 700
19 Lüksemburq 7,2% 99 500
20 Slovakiya 7,0% 29 800
21 Polşa 6,7% 26 500
22 Rusiya 6,7% 26 000
23 Xorvatiya 6,0% 21 600
24 İspaniya 5,8% 34 900
25 Macarıstan 5,5% 26 300
26 Belarus 5,4% 17 700
27 Kipr 5,4% 33 200
28 Portuqaliya 5,3% 27 900
29 Serbiya 5,2% 13 700
30 İtaliya 5,1% 35 800
31 Bolqarıstan 4,9% 19 200
32 Litva 4,9% 28 400
33 Yunanıstan 4,8% 26 400
34 Rumıniya 4,0% 20 900
35 Monteneqro 3,4% 16 000
36 Türkiyə 2,9% 20 400
37 Makedoniya 2,5% 14 000
38 Ukrayna 1,8% 8 000
39 Moldova 1,4% 5 000

Son xəbərlər

Orphus sistemi