Azərbaycan alkoqollu içki və tütün məmulatlarına idxal aksizini 2 dəfə artırır - YENİLƏNİB
- 07 noyabr, 2017
- 07:55
Yeniliklərdən dərhal xəbərdar olun!
İlk xəbər saat 11:36-da verilib
Bakı. 7 noyabr. REPORT.AZ/ Azərbaycanda milli valyutanın ucuzlaşması idxal olunan alkoqollu içkilər və tütün məmulatlarının qiymətinin daxili bazarda artmasına, idxal aksiz vergisi üzrə isə daxilolmaların azalmasına səbəb olub. Bu səbəbdən 2018-ci ildən etibarən alkoqollu içkilər və tütün məmulatlarının idxalına tətbiq olunan aksiz vergi dərəcəsinin 2 dəfə artırılması nəzərdə tutulub.
"Report"un verdiyi xəbərə görə. bu barədə növbəti ilin büdcə layihəsinin Milli Məclisin 5 komitəsinin bu gün keçirilən birgə iclasında müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov məlumat verib.
Bununla bağlı Vergi Məcəlləsinə müvafiq dəyişikliklər hazırlanıb və sənəd dövlət başçısına təqdim olunub.