Bakı. 27 avqust. REPORT.AZ/ Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankındakı (AİİB) iştirak payını 3,67% yaxud 9 mln. ABŞ dolları civarında artırıb.
“Report”un banka istinadən verdiyi xəbərə görə, Azərbaycanın iştirak payı 245,1 mln. dollardan yaxud 0,25%-dən 254,1 mln. dollar və ya 0,2958% çatdırılıb.
Məlumata görə, bununla rəsmi Bakının AİİB-də səsvermə hüququ da artıb. Hazırda Azərbaycanın səsvermə hüququ 0,5726% həddindədir.
Xatırladaq ki, 2015-ci il iyunun 29-da Pekində 57 ölkə AİİB-in yaradılması üçün müqavilə imzalayıb. Azərbaycan tərəfindən bu müqaviləni maliyyə naziri Samir Şərifov imza atıb. Rəsmi Bakının üzvlüyü isə 2016-cı ilin iyunun 24-də ratifikasiya edilib.