Yuxarı

Azərbaycan 2019-cu ilə profisitli büdcə proqnozlaşdırır

Bu barədə 2017-ci ilin dövlət və icmal büdcəsinin layihəsində bildirilir

Bakı. 29 sentyabr. REPORT.AZ/ Azərbaycanın ortamüddətli büdcə proqnozlarına əsasən, 2017-2018-ci illərdə icmal büdcəsinin kəsiri azalacaq, 2019-cu ildən isə büdcənin profisitli olacağı gözlənilir.

"Report" xəbər verir ki, bu barədə "2017-ci ilin dövlət və icmal büdcəsinin layihəsi"ndə bildirilir.

Layihəyə əsasən, dövlət və icmal büdcəsinin neft gəlirlərindən asılılığının azaldılması siyasəti davam etdiriləcək.

Belə ki, 2017-2020-ci illər üçün hazırlanmış proqnozlara əsasən, 2020-ci ildən başlayaraq dövlət büdcəsinin cari xərclərinin qeyri-neft gəlirləri hesabına ödənilməsi hədəflənir. Həmçinin, 2020-ci ildə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) gəlirləri nəzərə alınmadan hesablanmış icmal büdcə kəsirinin ümumi daxili məhsulun (ÜDM) cəmi 6,9%-ni təşkil edəcəyi proqnozlaşdırılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi