Yuxarı

Azərbaycan Mərkəzi Bankı hərracda 0,4 mln. dollar alıb

Manatın ABŞ dollarına nəzərən məzənnəsinin əhəmiyyətli möhkəmlənməsi baş verir

Bakı. 4 aprel. REPORT.AZ/ "Cari ildə manatın məzənnəsi bəyan olunmuş çevik məzənnə rejiminə uyğun olaraq valyuta bazarında tələb-təklif nisbəti əsasında formalaşır. Lakin müəyyən dedollarlaşma meylləri şəraitində son günlər valyuta bazarında təklifin tələbi üstələməsi səbəbindən manatın ABŞ dollarına nəzərən məzənnəsinin əhəmiyyətli möhkəmlənməsi baş verir".

"Report"un Mərkəzi Banka istinadən verdiyi xəbərə görə, bununla əlaqədar olaraq məzənnənin kəskin qısamüddətli tərəddüdlərinin məhdudlaşdırılması məqsədilə valyuta bazarında alışyönlü müdaxilənin aparılması zərurəti yaranıb. Qeyd olunanları nəzərə alaraq Mərkəzi Bank bu gün valyuta alışı hərracı keçirib və hərrac 0,4 mln. ABŞ dolları həcmində yekunlaşıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi